Şəhidimiz dəfn edildi - YENİLƏNİB + FOTO

Şəhidimiz dəfn edildi - YENİLƏNİB + FOTO
12 Yan 2022 14:23


Şəhid olan Ayaz Azər oğlu Nəzərov dəfn olunub.

realpress.az xəbər verir ki, şəhid doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

12:58

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu ilə vida mərasimi keçirilir.

realpress.az-ın məlumatına görə, şəhidin nəşi Tovuz rayonunun, Bozalqanlı kəndində yaşadığı evə gətirilib.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edir.

Qeyd edək ki, A.Nəzərov 1998-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 


29 Mar 2024
Cəmiyyət

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq.

28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.