Neftin qiyməti korreksiya çərçivəsində azalıb

Neftin qiyməti korreksiya çərçivəsində azalıb
13 Yan 2022 10:19

Əvvəlki iki ticarət günü ərzində orta hesabla 5%-lik artımdan sonra neftin qiyməti korreksiya çərçivəsində azalıb.

 “Brent” neftinin mart fyuçersləri 0,24% ucuzlaşaraq, 1 bareli 84,47 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,21% artaraq, 1 bareli 82,46 ABŞ dolları təşkil edib.

Bu dinamikaya ABŞ-ın Energetika Nazirliyinin hesabatı səbəb olub. Belə ki, hesabata görə, yanvarın 7-dək olan həftə ərzində ABŞ-da neftin kommersiya ehtiyatları 4,6 milyon barel və ya 1,1 azalaraq, 413,3 milyon barel təşkil edib. Analitiklər isə azalmanın 1,9 milyon barel təşkil edəcəyini güman edirdilər.

Bundan başqa, investorların kütləvi etirazların baş verdiyi Qazaxıstandan neft ixracı ilə bağlı fasilələrin yaranacağına dair narahatlıqları qalmaqdadır.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.