Nazirlikdən tenderlə bağlı iddialara CAVAB

Nazirlikdən tenderlə bağlı iddialara CAVAB
14 Yan 2022 15:19


“Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) təkmilləşdirilməsi, sistemin müvafiq serverlərdə saxlanılması və mütəmadi texniki xidmətlərin göstərilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxslə bir il müddətinə bağladığı satınalma müqaviləsi ilə bağlı bəzi mənbələrdə səsləndirilən fikirlərə aydınlıq gətirilib.

Nazirliyin Ekoloji Siyasət şöbəsinin müdiri Faiq Mütəllimov realpress.az-a açıqlama verərək bildirib ki, mövcud hüquqi prosedurlardan xəbəri olmadan, məsələnin mahiyyətini öyrənmədən, dəqiqləşdirmədən əsassız ittihamların səsləndirilməsi ictimai fikirdə çaşqınlıq yaratmaqdan başqa bir şey deyil:

“Ölkə Prezidentinin 2021-ci il 13 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sisteminin Əsasnaməsinə uyğun olaraq ESTİS-in sahibi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, operatoru isə “ASAN xidmət”in tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsdir”.

F.Mütəllimov onu da qeyd edib ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1.1-ci maddəsinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılıq məktubuna uyğun olaraq ETSN kotirovka və tender sorğusu keçirmədən “Elektron Hökumətin İnkişafı Mərkəzi” ilə birbaşa müqavilə bağlaya bilər. 

Nazirliyin rəsmisi Dövlət satınalmalarının vahid internet portalının “Bağlanmış müqavilə haqqında məlumat” bölməsində də bu barədə müvafiq məlumatın dərc edildiyini bildirib.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.