Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi üzrə tədbirlər keçirilib (FOTO)

Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi üzrə tədbirlər keçirilib (FOTO)
14 Yan 2022 15:32

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqlarının Respublika Hərbi Prokurorluğunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə birlikdə bölmələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və sosial problemlərinin öyrənilməsinə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandirlərə köməkliklərin göstərilməsinə dair tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, tədbirlər çərçivəsində hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, əsəbi-psixi vəziyyətlərinin qiymətləndirilməsi, hərbi xidməti təhlükəsizliyinin təmin edilməsi, şəxsi heyətin sağlamlığının qorunması, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi və digər mövzularda söhbətlər aparılıb, sosial-psixoloji testlər və fəaliyyətlərin səmərəliliyinin artırılması məqsədilə komandir-rəis heyəti ilə təlimat-metodiki məşğələlər keçirilib və tövsiyələr verilib.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.