Azərbaycandan enerji təhlükəsizlik gücünü artırmaq yolunda VACİB ADDIM

Azərbaycandan enerji təhlükəsizlik gücünü artırmaq yolunda VACİB ADDIM
14 Yan 2022 16:29

Strateji yol xəritəsində əsas nəzərdə tutulan önəmli mövzulardan biri də Azərbaycanın enerji təhlükəsizliyini təmin etməkdir. Çünki digər sahələrdə nəzərdə tutulan fəaliyyətlərin ardıcıl və stabil olaraq tətbiqi və eyni zamanda reallaşdırıılması birbaşa olaraq enerji təminatından asılıdır".

Bunu  açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.


İqtisadçı ekspert bildirib ki, sosial-iqtisadi və hərbi-siyasi stabillik birbaşa olaraq enerji resurslarının təminatından asılıdır:

"Son dönəmlər ard-arda müxtəlif regionlarda yeni açılan və bərpa olunan elektrik stansiyalarının müasir avadanlıqlarla təchiz olunaraq fəaliyyəti ölkə səviyyəsində vətəndaşların və eyni zamanda, sənayenin elektrik təchizatı istehlakını və ixrac potensialını gücləndirəcəkdir.

Bildiyiniz kimi Səudiyyə Ərəbistanın "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" külək elektrik stansiyasının təməl qoyma mərasimi keçirildi. Bu elektrik stansiyasının tikintisinin bir sıra müsbət nəticələri gözlənilir. İlkin olaraq qeyd etmək istəyirəm ki, bu stansiya tam xarici investisiyalı bir stansiya olaraq fəaliyyət göstərəcək. Bu isə mənə görə digər xarici investisiyaların Azərbaycana yatırımları üçün bir "qapı" rolunu oynayır. 

İkinci olaraq düşünürəm ki, sosial-iqtisadi və hərbi-siyasi stabillik birbaşa olaraq enerji resurslarının təminatından asılıdır. Həm normal şəraitdə, həm fövqəladə hallar durumunda ölkə və region əhalisinin, vətəndaşların, eləcə də dövlət və iqtisadiyyatın müvafiq keyfiyyətli enerji ilə təminatı enerji strategiyasının tərkib hissəsi kimi realizə olunur. Azərbaycan elektrik enerjisi ixracatçısıdır və bu durumda istər yerli investisiyalı, istərsə də xarici investisiyalı elektrik stansiyalarının qurulması, eləcə də tikilməkdə olan digər rayonlardakı elektrik istehsalı müəssisələrinin gücü, müasir avadanlıqlarla təchiz olunması həm yerli istehlakın, həm də ixrac potensialının gücləndirilməsinə şərait yaradır.

Üçüncü olaraq, biz ölkə olaraq enerji təchizatı üçün yetəri qədər resursa sahib bir ölkəyik. Əgər hədəfimiz yerli resurslardan effektiv istifadəni və eyni zamanda enerji təhlükəsizlik gücümüzü artırmaqdırsa, bizim qarşımızda diqqət edəcəyimiz müəyyən öhdəliklər durur:

1) Enerji sektoruna xarici investisiyaların cəlbini əhəmiyyətli dərəcədə artırmalı və bu kapitalların düzgün və effektiv idarəolunmasını təmin etməliyik. 

2) Enerji resurslarının istehsalına ayrılan investisiyalar və bu investisiyaları edən şirkətlər üçün müəyyən fundamental və qoruyucu hüquqi normativ baza yaradılmalı və fəaliyyətləri üçün müəyyən güzəştlər edilməlidir.

3) Enerji resurslarımızdan istifadə edərək istehsal potensialımızı dəyərləndirib ixrac məsələlərində diqqət yetilməli, enerji ticarəti üzrə uzun müddətli fəaliyyətlər planı hazırlanmalıdır".

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 300 milyon dollar dəyərindəki 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. 


29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.