“Azərsu” şaxtalı hava şəraiti ilə bağlı istehlakçılara müraciət edib (FOTO)

“Azərsu” şaxtalı hava şəraiti ilə bağlı istehlakçılara müraciət edib (FOTO)
14 Yan 2022 16:32

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti qeyri-sabit və şaxtalı hava şəraiti ilə əlaqədar istehlakçılara müraciət edib.

"Qeyri-sabit və şaxtalı hava şəraiti olan günlərdə içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların diqqətinə çatdırır ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir.

Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərləri yun, yun parça kimi isti örtüklərlə sarınmalı və ya sayğac qutusunun içinə quru ağac yonqarı yığmaqla əhatə olunması tövsiyə edilir.

Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu” ASC-nin 24 saat fəaliyyət göstərən 955 “Qaynar xətt” xidmətinə müraciət edə bilərlər.

Abonentlərin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına istehlakçı cavabdehlik daşıyır. Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də qeyri-əhali istehlakçıları üçün quraşdırılımış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.) onların yenilərilə əvəzlənməsi abonentin hesabına həyata keçirilir".


28 Yan 2022
Cəmiyyət

Hansı xəstəliklər trombların yaranmasına səbəb olur?

Ürək-damar xəstəlikləri, varikoz damar genişlənmələri və siqaret orqanizmdə trombozun inkişafına kömək edir.

28 Yan 2022
Cəmiyyət

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib - RƏSMİ

Yanvarın 27-də N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyitinin Culfa rayonunda yaşadığı evdə aşkar edilməsi ilə bağlı Culfa rayon prokurorluğunda araşdırma aparılır.

28 Yan 2022
Cəmiyyət

“Buster” dozasız hansı obyektlərə giriş qadağandır? – VİDEO

“Azərbaycanda “buster” doza ilə peyvəndlənməyənlər fevralın 15-dən şənlik mərasimlərində iştirak edə bilməyəcəklər”.