Fuad Muradov Devid Harrislə yəhudi icmaları ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Fuad Muradov Devid Harrislə yəhudi icmaları ilə əməkdaşlıq imkanlarını müzakirə edib
14 Yan 2022 17:25


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Komitədən bildirilib ki, Fuad Muradov bugünkü görüşün ötən ilin noyabr ayında ABŞ səfəri çərçivəsində Devid Harrislə baş tutmuş səmərəli görüşün davamı olduğunu xatırladaraq Azərbaycan diasporu ilə ABŞ-dakı yəhudi icmaları arasındakı əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.

Daha sonra Fuad Muradov qonaqlara Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, ABŞ-dakı yəhudi icmaları ilə əməkdaşlıq imkanları barədə ətraflı məlumat verib və bildirib ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların ana vətənləri ilə əlaqələrinin saxlanması, eləcə də möhkəmlənməsi üçün davamlı layihələr reallaşdırılır, bu layihələrin həyata keçirilməsində yəhudi diasporunun təcrübəsindən istifadə olunur.

Nümayəndə heyətinə son günlər Azərbaycan Respublikasının dövlət sərhədi boyunca Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar barədə də məlumat verilib.

Görüşə və təqdim olunmuş məlumata görə minnətdarlığını ifadə edən Devid Harris hər dəfə Azərbaycana gələndə yüksək tolerantlığın, bütün millətlərin dostluq və qardaşlıq münasibətləri içərisində firavan yaşadığının bir daha şahidi olduğunu qeyd edib.

Görüşdə tərəflər, həmçinin Azərbaycan diaspor təşkilatları ilə ABŞ-dakı yəhudi icmalarının münasibətlərinin inkişafı perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. 

28 Yan 2022
Cəmiyyət

Rəşad İsmayılov Qətərin Ticarət və Sənaye naziri ilə görüşüb – FOTO

Qətərin Ticarət və Sənaye naziri Şeyx Məhəmməd Bin Hamad Bin Qassim Al-Abdullah Al-Tani ilə görüş keçirmişdir.

28 Yan 2022
Cəmiyyət

Bakının iki rayonunda 14 “parkovşik” cərimələnib - FOTO/VİDEO

Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar növbəti reyd paytaxtın Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən metronun “Qara Qarayev”, “Nefçilər” və “Xalqlar Dostluğu” stansiyalarının yaxınlığında baş tutub. Gün ərzində keçirilən reydlərdə 86 sürücü barəsində inzibati protokol tərtib edilib.

28 Yan 2022
Cəmiyyət

Ağstafada sanitar-karantin qaydalarını pozan şəxslər məsuliyyətə cəlb edilib - FOTO

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda- taksi, avtobuslarda sürücülərin COVİD-19 pasportunun olub-olmaması tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına diqqət yetiriblər.

28 Yan 2022
Cəmiyyət

Zəngilan Hava Limanı beynəlxalq məkan indeksləri kataloquna daxil edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tikilməkdə olan Zəngilan Beynəlxalq Hava Limanına kod təyin edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) müsbət rəy alıb.

28 Yan 2022
Cəmiyyət

Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşüb - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenası ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul etdi.