“Netflix” elan etdi: "Squid Game kainatı hələ yeni başlayıb"

“Netflix” elan etdi: "Squid Game kainatı hələ yeni başlayıb"
21 Yan 2022 12:48

“Netflix”in ən çox izlənilən seriallarından biri olan və dünya səviyyəsində geniş izləyici kütləsinə sahib “Squid Game” serialının ikinci sezonu rəsmi olaraq təsdiqlənib.

"Realpress.az" xəbər verir ki, tamaşaçıların “Netflix”in indiyə qədərki ən populyar serialının ikinci mövsümünün davamı barədə suallarına “bunu əminliklə deyə bilərəm. Qarşıda daha çox həyəcanverici bölümlər görəcəksiniz. “Squid Game” kainatı hələ təzəcə başlayıb”,- deyə “Netflix”in baş icraçı direktoru Ted Sarandos bildirib.

Qeyd edək ki, Cənubi koreyalı rejissor və ssenarist Hvang Dong-hyukun çəkdiyi ekran əsəri bir dram serialıdır. Filmin konsepsiyasına görə, ailəsindən ayrılmış, borclu bir sürücü olan Seung Gi-hun böyük pul mükafatı qazanmaq üçün bir sıra uşaq oyunları oynamağa dəvət olunur. Təklifi qəbul edərək naməlum bir yerə aparılır və bir-birinə oxşar böyük borcları olan 455 digər oyunçu arasında özünü tapır. Oyunçular qırmızı kombinezonlu maskalı mühafizəçilər tərəfindən hər zaman nəzarət altında saxlanılır. Oyunçular tezliklə bu oyunlarda məğlubiyyətin ölümlə nəticələndiyini kəşf edirlər.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.