"Sabah"a rusiyalı baş məşqçini Balaş Qasımov dəvət edib

"Sabah"a rusiyalı baş məşqçini Balaş Qasımov dəvət edib
27 Yan 2022 09:01

"Sabah"ın adının mənası növbəti gün, gələcək deməkdir və klub "Bridge company" şirkətlər qrupuna aiddir".

"Realpress.az"ın məlumatına görə, bunu "Sabah" klubunun baş məşqçisi Murad Musayev "Match TV"yə geniş müsahibəsində deyib.

39 yaşlı mütəxəssis paytaxt təmsilçisinin sükanı arxasına keçməklə bağlı ilk dəvəti İctimai Televiziyanın baş direktoru Balaş Qasımovdan aldığını bildirib: "Bir neçə dəfə "Zoom" proqramı vasitəsilə söhbətimiz oldu. Sonra komandanın oyunlarından birini izləmək üçün Bakıya uçdum. “Sabah”ın prezidenti Maqsud Adıgezyalov və baş direktoru Ramin Həsənovla tanış oldum. Amma ilk dəvət tanınmış ekspert Balaş Qasımovdan gəlib".

Rusiyalı baş məşqçi Qasımovla əvvəllər heç bir tanışlığının olmadığını söyləyib: "Zəng etdi, "Krasnodar"a həmişə rəğbət bəslədiyini dedi. Daha sonra "Sabah" kimi bir layihənin mənə maraqlı olub-olmamasını dəqiqləşdirdi. Görünür, klub prezidenti ilə dostdur və bu komandaya azarkeşlik edir. Bir az fikirləşdim, amma eyni zamanda “Sabah”ın harada oynadığını və məşq etdiyini gördüm, şəhərə göz gəzdirdim. Və sonda razılıq verdim. Düzünü desəm, Qasımov mənim cavabıma xeyli təsir göstərdi. Məni “Nə? Harada? Nə zaman?” intellektual oyunları ilə bağlı həm Bakıya, həm də Moskvaya dəvət etdi. Hələ vaxtım olmayıb. Amma yaxın vaxtlarda təklifə məmnuniyyətlə cavab verəcəyəm".

Qeyd edək ki, ötən ilin oktyabrından "Sabah"a başçılıq edən Musayev paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.