Azərbaycan millisinin futzalçısı: "Qrupdan çıxmaq üçün şansımız var"

Azərbaycan millisinin futzalçısı: "Qrupdan çıxmaq üçün şansımız var"
27 Yan 2022 09:36

"Çox çətin və ağır oyun keçdi".

"Realpress.az" xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı İsa Atayev İspaniya ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa çempionatının qrup mərhələsinin II tur oyunu barədə federasiyanın Mətbuat Xidmətinə açıqlamasında deyib.

33 yaşı oyunçu iki dəfə hesabda irəli çıxdıqlarını, amma yekunda heç-heçə ilə barışmalı olduqlarını bildirib: "Çox çətin oyun oldu. Gürcüstana 2:3 hesabı ilə uduzduğumuz ilk qarşılaşmada baş məşqçi mənə şans vemədi. Onun fikirlərinə hörmətlə yanaşırıq. Üçüncü matça tam hazır heyətlə çıxacağıq. İki oyunçumuz koronavirusa görə bizə qoşula bilməmişdi. Heyətimiz də tam deyildi. Üçüncü matçda qələbə qazanacağımıza ümid edirəm. Hələlik qrupdan çıxmaq üçün şansımız var. İnanıram ki, şans bizim tərəfimizdə olacaq".

Yığmanın digər üzvü Rafael Vilela ilk görüşdə Gürcüstana iki qol vurduğunu xatırladıb. O, həmin qarşılaşmada üstünlüklərini qoruya bilməmələrindən təəssüfünü ifadə edib: "Vacib oyunda yenildik. Halbuki növbəti addım üçün bu qarşılaşmanın əhəmiyyəti danılmazdır. İspaniyaya qarşı isə daha yaxşı oynadıq. İki dəfə hesabda önə keçdik, yenə qələbəni qoruya bilmədik. Amma turnirin favoritlərindən biri hesab edilən ispanlarla dueldə heç-heçə pis nəticə deyil. Onlara qarşı bir neçə dəfə mübarizə aparmışam. Həqiqətən də çox güclü rəqibdir. Məncə, ilk dəfə rəsmi oyunda İspaniyaya uduzmuruq. Nəticəni super hesab etmirəm, super nəticə qələbə olan zaman deyirlər, amma dünya reytinqinə başçılıq edən komanda ilə heç-heçə asan olmadı. Hətta sona yaxın qələbə qolunu da vura bilərdik".

Vilela İspaniyanın cütün favoriti hesab edildiyini vurğulayıb: "Amma biz oyunumuzla istənilən güclü komanda ilə başabaş mübarizə aparmağa hazır olduğumuzu göstərdik. Hələ mübarizə başa çatmayıb. Məşqlərimizi davam etdirəcəyik, Bosniya və Herseqovina ilə oyuna ciddi hazırlaşacağıq. Hər bir qələbə bizim üçün vacibdir. İşimizi görməliyik. Ümid edirik ki, son turda Gürcüstan millisi ispanları büdrədəcək”.

Qeyd edək ki, hazırda qrupda 1 xalla üçüncü olan Azərbaycan seçməsi sonuncu matçını yanvarın 29-da Bosniya və Herseqovina ilə keçirəcək. Azərbaycan yığması qrupdan çıxmaq üçün son turda böyük hesabla qallib gəlib, İspaniyanın Gürcüstana uduzmasını gözləməlidir.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.