Əmək müqaviləsinin pozulmasına görə yeni cərimələr – MƏBLƏĞLƏR

Əmək müqaviləsinin pozulmasına görə yeni cərimələr – MƏBLƏĞLƏR
28 Yan 2022 08:37


Azərbaycanda əmək qanunvericiliyinin pozulmasına görə cərimələr tətbiq ediləcək.

Bu barədə Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzalayıb.

Sənədə əsasən, İnzibati Xətalar Məcəlləsinə 539.1-1-ci maddə əlavə edilir.

Həmin maddəyə əsasən, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə cərimələr müəyyən edilir.

Belə ki, bu cür hallara yol verən vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 2000 manat məbləğində cərimə ediləcək.

Bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, həmin əməllər bu Məcəllənin 192-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olmasın.

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.

23 Apr 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb - FOTO/VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

23 Apr 2024
Cəmiyyət

Azərbaycanlı məktəblilər beynəlxalq turnirdə 10 medal qazandılar - FOTO

16-21 aprel tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə keçirilən beynəlxalq turnirdə şagirdlərimiz uğurla çıxış ediblər.

23 Apr 2024
Cəmiyyət

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub - VİDEO

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.