Rəşad İsmayılov Qətərin Ticarət və Sənaye naziri ilə görüşüb – FOTO

Rəşad İsmayılov Qətərin Ticarət və Sənaye naziri ilə görüşüb – FOTO
28 Yan 2022 09:00


Qətərin Ticarət və Sənaye naziri Şeyx Məhəmməd Bin Hamad Bin Qassim Al-Abdullah Al-Tani ilə görüş keçirmişdir.

Görüşdə  Azərbaycan və Qətər arasındakı münasibətlərin hazırkı durumu nəzərdən keçirilərək onların təşviq edilməsi imkanları müzakirə edilmişdir. 

Bu xüsusda, qarşılıqlı investisiyalar, ticarət və digər cəlbedici sahələrdə əlaqələrin gücləndirilməsi üçün böyük potensialın mövcud olduğunu həmsöhbətlər vurğulayaraq həmin istiqamətlər üzrə əməkdaşlığın artırılmasının tərəfdaşı olduqlarını təsdiqləmişlər.

Qətərin Ticarət və Sənaye naziri Şeyx Məhəmməd Bin Hamad Bin Qassim Al-Abdullah Al-Tani Qətərin Azərbaycanı ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadi-ticarət, nəqliyyat-logistika, mədən sənayesi, kənd təsərrüfatı, turizm, rəqəmsal iqtisadiyyat, dövlət-özəl tərəfdaşlığı və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür.

Səfir həmcinin birgə investisiya sahələrinin, ixrac-idxal əməliyyatlarının artırılmasının,  əhəmiyyətinə toxunaraq bu sahədə əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

 


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.