Qırğızıstan Tacikistanla atəşkəs razılaşmasını elan edib

Qırğızıstan Tacikistanla atəşkəs razılaşmasını elan edib
28 Yan 2022 09:25

Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər.

“Realpress.az” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Qırğızıstanın Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib.

“Danışıqların yekunlarına görə aşağıdakı razılıqlar əldə olunub: tam atəşkəs haqqında; hər bir tərəfin sərhədə cəlb edilmiş əlavə qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə çıxarılması haqqında, Batken-İsfana magistral yolu boyunca hərəkətin açılması, münaqişələrin qarşısının alınması üçün Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarının hüquq-mühafizə orqanlarının əməkdaşlarının birgə patrul xidməti haqqında”, - mətbuat xidmətinin sözçüsü bildirib.

Onun sözlərinə görə, danışıqlarda Qırğızıstanın Batken vilayətinin və Tacikistanın Soqd vilayətinin qubernatorları, iki ölkənin sərhəd idarələrinin və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dünən Qırğızıstan və Tacikistan sərhədində atışma olub. Qarşıdurma zamanı 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qırğızıstan tərəfinin məlumatına görə, atışma Tacikistan sərhədçiləri tərəfindən həyata keçirilib. Lakin Düşənbə bununla razılaşmır və toqquşmanın onların vətəndaşlarının avtomobillərinə hücumla törədildiyini bildirir.

00:38

Qırğızıstanın Batken vilayətinin qubernatoru və Tacikistanın Soqdiysk əyalətinin qubernatorları arasında sərhəddəki atışma ilə bağlı danışıqlar başlayıb.

“Realpress.az” xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.

Qeyd edilir ki, tərəflər sərhəddə görüş keçirirlər.

“Qırğızıstan Respublikasının Sərhəd Xidmətinin İnformasiya və Rabitə İdarəsi bildirir ki, Qırğızıstan Respublikası Prezidentinin Batken vilayəti üzrə səlahiyyətli nümayəndəsi A.Alimbayev və Qırğızıstan Respublikasının Sərhəd Xidmətinin Batken üzrə sərhəd nümayəndəsi, polkovnik K.Tolonbayev Tacikistanın Suqd vilayətinin qubernatoru və Tacikistan Respublikasının sərhəd nümayəndəsi ilə görüş keçirib. Görüş 28 yanvar 2022-ci il saat 01:43-də başlayıb və Batken vilayətinin Kak-Sai ərazisində keçirilir”, - xidmətin xəbərində deyilir.

23 Apr 2024
Dünya

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

23 Apr 2024
Dünya

Yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon tondan çox yük daşınıb

2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon 69 min 881 ton yük daşınıb.

23 Apr 2024
Dünya

Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO

Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.

23 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

23 Apr 2024
Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.