Kanadanın Baş naziri Castin Trüdo koronavirusa yoluxmuş şəxslə təmasda olduqdan sonra beş günlük karantinə keçdiyini açıqlayıb.
"Realpress.az" xəbər verir ki, bu barədə o, tviter səhifəsində qeyd edib.
"Testin nəticəsinə əsasən, Ottava Səhiyyə Departamentinin qaydalarına əməl edirəm və beş gün ərzində özünü təcrid edirəm", - Trüdo bildirib.
Baş nazir özünü hələ də yaxşı hiss etdiyini və məsafədən işləyəcəyini vurğulayıb və kanadalıları peyvənd olunmağa çağırıb.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.