İran və Qətərin XİN başçıları Yəmən, Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

İran və Qətərin XİN başçıları Yəmən, Əfqanıstandakı vəziyyəti müzakirə ediblər
28 Yan 2022 09:41

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Qətərin baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Tehranda görüşüblər.

"Realpress.az" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xarici işlər nazirləri ikitərəfli məsələlərlə yanaşı, mühüm regional məsələləri, o cümlədən Əfqanıstan və Yəməndəki vəziyyəti müzakirə ediblər.

Hüseyn Əmir Abdullahianın sözlərinə görə, son həftələr Yəməndə hərbi fəallıq artıb.

"Bu hallar ölkədə müharibəni daha da gərginləşdirib və sülh prosesinə zərər vurub", - iranlı nazir əlavə edib.

Qətərin xarici işlər naziri öz növbəsində qeyd edib ki, regionda gərginliyin yeni mərhələsi başlayıb: “Biz əminik ki, Yəmən böhranının hərbi həlli yoxdur və dialoq yolu ilə həll edilməlidir, çünki hazırkı vəziyyət heç bir tərəfin maraqlarına cavab vermir".


29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.