Gürcüstanın Baş naziri Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

Gürcüstanın Baş naziri Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
28 Yan 2022 11:06

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ilin 18-20 fevral tarixində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında (MTK) iştirak edəcək.

“Realpress.az”ın yerli bürosu xəbər verir ki, hökumət başçısı beynəlxalq tədbirin rəhbəri Volfqanq İşingerdən dəvət alıb.

V.İşinger bildirib ki, MTK debatlar çərçivəsində beynəlxalq təhlükəsizlik üzrə ən mühüm məsələlər ətrafında yüksək səviyyədə fikir mübadiləsi aparmağa unikal imkan verəcək.

Qeyd edək ki, MTK hər ilin fevral ayında 450-dən çox yüksək ali şəxslər və liderlərin iştirakı ilə keçirilir. Ötən il tədbir koronavirus pandemiyası səbəbindən onlayn formatda baş tutub.

28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.