Ermənistan XİN başçısı: "Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir"

Ermənistan XİN başçısı: "Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir"
28 Yan 2022 11:16

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 44 günlük İkinci Qarabağ müharibəsində üzləşdikləri faciəni özlərini aldatmağın nəticəsi hesab edir.

“Realpress.az” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında yalanla yaşamağı dayandırmağı məsləhət görüb.

"Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir. Reallığın gözünün içinə baxmaq, bir-birimizlə birbaşa danışmaq, heç nəyi gizlətməmək lazımdır”, - o bildirib.

Nazir müxalifətin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarla bağlı tənqidinə cavab verməkdən də yayınıb. Ancaq bununla belə, 1990-cı illərdən Türkiyə ilə vaxtaşırı danışıqların və ya yazışmaların aparıldığını, lakin bu barədə cəmiyyətə məlumat verilmədiyinin necə ortaya çıxdığını izah etməyi xahiş edib.

“Biz uzunmüddətli və sabit sülhə sadiqik", - A.Mirzoyan qeyd edib.


24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.

24 Apr 2024
Dünya

Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib

Tonqa Krallığının sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.