Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 28-i saat 11:00-a olan məlumatına əsasən, yanvarın 27-si günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağıb.
Düşən yağıntının miqdarı Salyanda 9 mm, Sarıbaş (Qax), Şahbuzda 6 mm, Sabirabad, Cəfərxanda 4 mm, Lerik, Kişçay (Şəki), Ordubad, Ağdərədə (Ordubad) 3 mm, Naxçıvan, Daşkəsən, Göygöl, Qobustan, Qusar, İmişli, Şamaxı, İsmayıllı, Ağsu, Şabranda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binədə 4 mm, Pirallahıda 3 mm, Bakı, Maştağada 1 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 41 sm, Sarıbaşda (Qax) 29 sm, Şahbuzda 15 sm, Qrızda 13 sm, Lerikdə 7 sm, Naxçıvanda 6 sm, Kişçayda (Şəki) 5 sm, Xaltanda 4 sm, Şamaxıda 2 sm, Daşkəsəndə 1 sm təşkil edib.
Şimal-qərb küləyinin sürəti Tərtərdə arabir 18 m/s, Bakıda və Abşeron yarımadasında isə arabir 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.4 metrə çatıb.
Havanın minimal temperaturu bu gecə aran rayonlarında 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-10 dərəcə şaxta, Naxçıvan MR-da 3-8 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti olub.
Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.
Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir.