Baş nazirin müavini: "Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində tikinti aparılır"

Baş nazirin müavini: "Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində tikinti aparılır"
28 Yan 2022 11:54

"Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu ilə bağlı müsbət məqamlar var".

“Realpress.az” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib.

"Azərbaycan və Ermənistan dəmir yolu ilə bağlı qarşılıqlı anlaşmaya malikdir. Bundan başqa, hazırda ekspertiza işləri aparılır, nəticələrini növbəti iclaslarda məruzə edəcəyəm”, - o bildirib.

M.Qriqoryan vurğulayıb ki, hazırda bu istiqamətdə konkret işlər görülür, dəmir yolunun Ermənistandan keçən hissəsində tikinti aparılır.

Xatırladaq ki, dəmir yolu qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun olaraq, qarşılıqlı şəkildə fəaliyyət göstərəcək. Dəmir yolunun uzunluğu təqribən 340 km olacaq, bunun da 45 km-i Ermənistan ərazisindən keçəcək.


23 Apr 2024
Dünya

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

23 Apr 2024
Dünya

Yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon tondan çox yük daşınıb

2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon 69 min 881 ton yük daşınıb.

23 Apr 2024
Dünya

Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO

Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.

23 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

23 Apr 2024
Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.