Şagirdlərin məktəbdə mobil telefondan istifadəsi ilə bağlı yeni qaydalar hazırlanır

Şagirdlərin məktəbdə mobil telefondan istifadəsi ilə bağlı yeni qaydalar hazırlanır
28 Yan 2022 12:32


Mobil telefonlar uşaqların psixologiyasına mənfi təsir edir, onların əqli inkişafının zəifləməsinə səbəb olur. Bu səbəbdən də dünyanın bəzi ölkələrinin orta təhsil müəssisələrində şagirdlərin mobil telefonlardan istifadə etməsinə icazə verilmir.

Azərbaycanın da bəzi məktəblərində şagirdlərin mobil cihazlardan istifadə etməsinə qadağa qoyulub. Ancaq bu proses əksər valideynlər tərəfindən xoş qarşılanmır. Valideynlər uşaqlarından məlumatlı olmaq üçün onların mobil telefonlardan istifadə etməsinin önəmli olduğunu hesab edirlər.

Son günlər orta məktəblərdə şagird-müəllim münasibətlərinə, təhsil prosesinə mənfi təsir edən videoların yayılması əslində bu qadağanın yerində olduğunu bir daha sübut edir. Şagirdlər dərsə diqqət yetirmək əvəzinə, məktəbdaxili intizam qaydalarına zidd hərəkətlərə yol verərək, bunu xüsusi “istedad” kimi də mobil telefonla çəkir və ictimailəşdirirlər.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu istiqamətdə nazirlik tərəfindən yeni qaydalar tərtib olunacaq:

“Telefonların məktəbə gətirilməsi və şagird davranışları barədə yeni qaydalar hazırlanmalıdır. Hazırda bu mövzu nazirlik tərəfindən müzakirə olunur. Biz bu qaydaları elə tənzimləməliyik ki, hər hansı sui-istifadə halları olmasın. Eyni zamanda, proses düzgün aparılsın” , - deyə nazirlik rəsmisi vurğulayıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.

23 Apr 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb - FOTO/VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.