Ağdamda minaaxtaranlar üçün yeni mobil düşərgə salınıb - FOTO

Ağdamda minaaxtaranlar üçün yeni mobil düşərgə salınıb - FOTO
28 Yan 2022 13:20


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda agentliyin minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salıb.

 Qarabağ bürosunun xəbərinə görə, düşərgə Nazirlər Kabinetinin verdiyi müvafiq tapşırığa əsasən yaradılıb və Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək.

Düşərgə əməliyyat, inzibati və xidməti heyət üçün lazımi şəraitlə təmin edilib.

Mobil tipli düşərgə müasir avadanlıqlarla təchiz edilərək, heyətin bütün zəruri ehtiyaclarını qarşılayacaq müxtəlif ölçülü konteynerlərdən ibarətdir. Düşərgədə yataqxana, hamam, sanitar qovşağı, yeməkxana, camaşırxana, anbar, ofis və tibb məntəqəsi var. Həmçinin burada minaaxtaran itlərin saxlanılması, texnika və nəqliyyat vasitələrinin təmiri üçün xüsusi yerlər nəzərdə tutulub.

Şəxsi heyətin asudə vaxtlarının səmərəli keçirilməsi üçün düşərgə futbol - voleybol meydançası və idman üçün trenajorlarla təmin edilib.

Qeyd edək ki, “yaşıl enerji” zonasının tətbiqi konsepsiyasına uyğun olaraq düşərgə günəş enerjisi ilə qidalanan xüsusi işıq dirəkləri ilə təchiz olunub.

ANAMA-nın Ağdam rayonu üzrə mobil sahə düşərgəsi icra edilən əməliyyatların miqyasının genişləndirilməsinə, mərkəzin işçi heyətinin sayının artırılmasına xidmət edəcək. Konteynerlərdən ibarət olan mobil tipli düşərgə minatəmizləmə əməliyyatlarının aparılması istiqamətindən asılı olaraq gələcəkdə başqa əraziyə daşına bilər.


29 Mar 2024
Cəmiyyət

Hikmət Hacıyev: Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır

Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.

29 Mar 2024
Cəmiyyət

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. 

29 Mar 2024
Cəmiyyət

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.