Komitə sədri məktəblilərin qeyri-etik davranışları barədə: “Bunu qəhrəmanlıq hesab edirlər”

Komitə sədri məktəblilərin qeyri-etik davranışları barədə: “Bunu qəhrəmanlıq hesab edirlər”
28 Yan 2022 14:33


“Son günlər sosial şəbəkələrdə təhsil müəssisələrində şagirdlərin xoşagəlməz davranışlarını əks etdirən görüntülər məsələnin görünən tərəfidir. Bəlkə də oxşar hadisələr olur və bizim xəbərimiz olmur”.

realpress.az xəbər verir ki, bunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, bu kimi hallara rast gəlinməsi təəssüf doğurur:

“Bəlkə də biz baş verən bənzər hallardan xəbərsizik. Yaxud da hadisələr olur və qarşısı dərhal alınır deyə ictimaiyyətə geniş şəkildə yayılmır. Bu gün informasiya əsridir. Məktəbyaşlı uşaqların eləcə də, yuxarı sinif şagirdlərinin elə bir yaş dövrüdür ki, bəlkə də onlar bunu qəhrəmanlıq kimi qəbul edirlər. Əlbəttə ki, ailənin, cəmiyyətin, məktəbin və müvafiq dövlət  orqanlarının əlaqəli işi olmalıdır ki, belə hadisələrin qarşısını alaq. Baş verdiyi halda onun nəticələrinin daha zərərsiz olması üçün çalışaq”.

O qeyd edib ki, bu məsələ ilə Təhsil Nazirliyi məşğul olur:

“Biz də komitə olaraq səlahiyyətimiz çərçivəsində bu məsələyə töhfə verməyə çalışırıq. Ümumilikdə bütün qurumlar, ailə və cəmiyyət töhfə verməlidir. Hər kəsin hüququ olduğu kimi vəzifələri də var. Məktəblilərin təhsil müəssisəsində şagird kimi öhdəlikləri var. Valideynlər evdə onların hüququnu başa saldığı kimi öhdəliklərini də anlatmalıdır. Düşünürəm ki, konkret hallarda boşluqlar var və onlar aradan qaldırılmalıdır”.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.