Fransa tarixi iqtisadi artıma nail olub

Fransa tarixi iqtisadi artıma nail olub
28 Yan 2022 15:17

Fransada 2021-ci ildə ÜDM artımı ilkin hesablamalara görə, 7 faiz olub ki, bu da 1970-ci ildən bu yana ən yüksək rəqəmdir.

“Realpress.az” “Le Figaro”ya istinadən xəbər verir ki, bunu Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (İnsee) bildirib. 2020-ci ildə isə İkinci Dünya müharibəsindən indiyədək ilk dəfə ÜDM 8 faiz azalmışdı.

Bununla belə ötən il dövlət büdcəsinin məxarici 60 milyard avrodan çox olub ki, nəticədə 7 faizədək büdcə kəsiri yaranıb, dövlət borcu isə ÜDM-nin 113 faizini təşkil edib.

Ölkədə ÜDM artımı 2021-ci ilin üçüncü rübündə 3,1 faiz, dördüncü rübündə isə 0,5 faiz, dövlət büdcəsinin məxarici müvafiq olaraq 2,7 faiz və 0,3 faiz, istehlak xərcləri 5,6 faiz və 0,4 faiz, işgüzar sərmayələrin həcmi isə 0,1 faiz və 0,5 faiz təşkil edib.


29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.