Toksikoloji şöbəyə xəstələr hansı növ zəhərlənmələrlə daxil olurlar? "Realpress.az" bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudovla danışıb.
- Azər müəllim, bu günlərdə xəstələri daha çox hansı zəhərlənmə ilə qəbul edirsiniz?
- İndiki dövrdə ən çox dəm qazı ilə zəhərlənmə hallarına rast gəlinir. İkinci yerdə medikamentoz zəhərlənmələrdir.
- Bu intihara cəhd zamanı baş verir?
- Həmişə yox. Çox vaxt bu, dərman dozasının həddinin aşılmasıdır. Yəni xəstə daha böyük dozada və ya eyni vaxtda çox müxtəlif dərmanlar qəbul edir, orqanizm isə onları sadəcə olaraq qəbul etmir. Üçüncü yerə, xəstələrin sayını nəzərə alsaq, sirkə turşusu ilə zəhərlənmə deyərdim. Bax bu, intihara cəhddir.
- Belə hal əsasən gənclər arasında yayılır?
- Həmişə yox. Adətən 30-50 yaş arası həm kişilər, həm də qadınlarda olur.
- Müalicə müddətində onlara psixoloji yardım göstərilirmi?
- Bəli, təbii ki, onlar bir-iki həftə xəstəxanada yatırlar. Bütün bu müddət ərzində onlarla psixiatrlar mütləq şəkildə işləyir.
- Ölkədə narkomaniyaya qarşı fəal mübarizə aparılır. Həddindən artıq doza qəbul etmiş insanlar sizə nə qədər tez-tez müraciət edirlər?
- Tez-tez deyil, ayda təxminən 4-5 hadisə qeydə alınır. Bunlar, bir qayda olaraq, 20-25 yaşlı şəxslərdir.
- Onlar nə istifadə edirlər? Hansı narkotiki qəbul edirlər?
- Psixotrop maddələr, o cümlədən heroin, amfetamin, metamfetamin….
- Artıq doza ilə bağlı ölümlər tez-tez baş verir?
- Xeyr. Xəstəxanaya çox gec gətirilənlərdən başqa demək olar ki, hər kəs xilas ola bilər.
- Gec?
- Məsələn, həddindən artıq doza qəbul edilməsinin ertəsi günü - insan uzun müddət bu vəziyyətdə olanda, beyində, ürəkdə, ağciyərdə və digər orqanlarda ağırlaşmalar başlayanda.
- Bəs uşaqlar sizin şöbəyə nə qədər tez-tez gətirilirlər?
- Olduqca nadirdir.
- Bəs ən çox hansı zəhərlənmələrlə müraciət olunur?
- Dəm qazı zəhərlənmələri ilə. Bu gün bu növ zəhərlənmələr digərlərindən üstündür, apreldən sonra vəziyyət dəyişəcək və medikamentoz zəhərlənmələr ilk yerə çıxacaq, yaya yaxın isə gürzə sancması qurbanları gəlməyə başlayacaq.
- Keçən il saxta alkoqollu içkilərlə zəhərlənmə halları kifayət qədər tez-tez olurdu, hazırda bu baş verirmi?
- Keçən il kütləvi xarakter daşısa da, bu il tək-tək olur. Bir müddət əvvəl yanıma metil spirti ilə zəhərlənmiş gənc gəldi. O, spirtli içki içib, tərkibində metil spirti icazə verilən normadan dəfələrlə artıq olub. Biz onu çətinliklə xilas etdik! Ümumiyyətlə, bu növ zəhərlənmə çox ağırdır.
“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.
Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi
Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.
Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.
Türkiyənin "Beşiktaş" komandasının yeni baş məşqçisi Önder Karaveli əvvəllər "Qarabağ"da çalışıb. 48 yaşlı mütəxəssis 2020-ci ilin yanvarından 2021-ci ilin yanvarınadək Ağdam klubunda futbol akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.