Xocalı faciəsi 9 yaşlı Sevincin “Instagram” səhifəsində

Xocalı faciəsi 9 yaşlı Sevincin “Instagram” səhifəsində
04 Fev 2022 16:19


Xocalıda yaşayan 9 yaşlı qızın gözləri ilə Xocalı faciəsinə baxışı əks etdirən sosial şəbəkə gündəliyi formatında “Sevinj stories” adlı layihəyə başlanıldı.

“Sevinj stories” “30 il öncə “Instagram” olsaydı və balaca Sevinc baş verənləri “story” kimi çəkib paylaşsaydı, Xocalıda nələrə şahid olardıq?” sualına cavabı təqdim edir.

Personajlar xəyal məhsulu olsa da çəkilişlərdə Xocalı soyqırımı qurbanlarının ifadələrinə əsaslanaraq real hadisələr canlandırılır. Layihənin rəsmi sosial media hesablarında fevral ayının 1-dən başlayaraq faciənin anım gününədək hər gün qısa videoçarxlar paylaşılacaq. Sevincin hekayələrinə baxdıqca izləyicilər Xocalı sakinlərinin nələr yaşadığını daha dərindən hiss edəcəklər.

Xarici və yerli auditoriya üçün nəzərdə tutulan sosial media layihəsinin əsas məqsədi Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığını artırmaq, soyqırımı qurbanlarının xatirəsini yad etmək və gənc nəsil tərəfindən unudulmamasına nail olmaqdır.

Aşağıdakı linklər vasitəsilə Sevincin hekayəsini daha yaxından izləyə bilərsiniz:

Instagram: https://www.instagram.com/sevinj.stories/

TikTok: https://www.tiktok.com/@sevinj.stories

“Sevinj stories” layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya Ədalət” Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyilə ərsəyə gətirilib.

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.