“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.
Bu sözləri serbiyalı analitik Slobodan Samarciya Bakı və Belqradın ümumi maraqları nədən ibarət olduğu barədə sualı cavablandırarkən deyib.
O, "Realpress.az"a müsahibəsində qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra hər iki dövlət öz xarici siyasətini müəyyənləşdirməli, müttəfiqlər tapmalı, dünyadan və onun yaxın mühitindən gələn bütün hücumlara, xüsusən də tarix boyu ölkələrimizin rəqibi və hətta düşməni kimi özünü sübut etmiş xalqlara və dövlətlərə yaxşı cavab verə biləcək sabit dövlət və ictimai sistemlər yaratmalı idi.
“Bundan əlavə, ölkələrimiz ilk növbədə bu bölgələrdə tarixi kökləri olmayan insanların məskunlaşdığı ərazilərin mövcudluğuna görə daxildən daha da parçalanma cəhdləri ilə üzləşirlər. Azərbaycanda bu Qarabağ, Serbiyada isə Kosovo və Metohiyadır. Təəssüf ki, beynəlxalq ictimaiyyət problemlərin təsirinə məruz qalan tərəflərin maraqları naminə onun həlli üçün çox az iş görür.
Mövcud beynəlxalq hüquqa uyğun olaraq birgə və prinsipial fəaliyyət Bakı və Belqradın səy göstərdiyi şeydir. Bu mənada ərazilərinin bölünməzliyi ilə bağlı prinsipial mövqe Azərbaycan və Serbiya xalqları üçün rəhbər ideyadır. Dostunuzun kim olduğunu və lazım olanda kimə arxalana biləcəyinizi bilmək həmişə vacibdir. Serbiya ilə Azərbaycan isə əsl dostdur”, - deyə o bildirib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”
Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi
Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.
Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.