Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.
“Uikenddən daha yaxşı nə ola bilər? Ancaq Yunanıstanda uikend və ya bizlərin təklif etdiyi kimi “greekend”, - deyən şən aparıcı ölkənin ən yaxşı kurortlarını nümayiş edir, dəniz, qastronomik ləzzətlər, şoppinq və əyləncədən bəhs edir.
Lakin “greekend” neologizmi tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bir çoxları bunu “Yunanıstanın sonu” (“Greek end”) kimi şərh edib.
Bununla belə, kampaniyanı bəyənənlər də olub.
“Reklam nə qədər cəlbedici olsa, bir o qədər orada olmaq istəyirsən”, - deyə rolik tərəfdarları vurğulayıb.
Mənbə: RİA Novosti
İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.
Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.
Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.