Dövlət Xidməti tarixi abidələrlə bağlı vətəndaşlara müraciət edib

Dövlət Xidməti tarixi abidələrlə bağlı vətəndaşlara müraciət edib
05 Mar 2022 16:58

Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarixi abidələrə müdaxilə ilə bağlı vətəndaşlara müraciət edib.

“Realpress.az” xəbər verir ki, müraciətdə deyilir:

"Ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidlərinin qorunması, bərpa və konservasiyası, eləcə də gələcək nəsillərə çatdırılması Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyət istiqamətinin əsasını təşkil edir.

Zaman-zaman müxtəlif ərazilərdə yerləşən tarixi abidələrə müdaxilə halları qeydə alınır. Belə faktlar müəyyən edilərək qarşısı alınsa da, bəzi hallarda həmin abidələrin bərpası işini tamamilə əngəlləmiş olur.

Tarix-mədəniyyət abidələrinə müdaxilə halları daha çox dağlıq və meşəlik ərazilərdə, həmçinin sosial-iqtisadi fəaliyyətin gur olan yerlərində də baş verir.

Bildiririk ki, tarix-mədəniyyət abidələrinə müdaxilə qanunvericiliklə müvafiq hüquqi məsuliyyət yaradır.

Bir daha vətəndaşlarımızdan xalqımızın əsrlər boyu yaratdığı mədəni irs nümunələrinə həssas yanaşmaqla milli kimliyimizi özündə yaşadan abidələrin gələcək nəsillərə ötürülməsinə yardımçı olmalarını, eləcə də tarix-mədəniyyət abidələrinə müdaxilə faktları ilə bağlı Dövlət Xidmətinə məlumat vermələrini xahiş edirik!"


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.