Aİ-nin Azərbaycandakı nümayəndə heyəti “Avropa körpüləri” adlı sərgi təşkil edib

Aİ-nin Azərbaycandakı nümayəndə heyəti “Avropa körpüləri” adlı sərgi təşkil edib
10 Mar 2022 16:25

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyəti “FantazEU” festivalı çərçivəsində “Avropa körpüləri” adlı sərgi keçirib.

“Realpress.az” xəbər verir ki, sərginin açılışında Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko, həmçinin Aİ ölkələrinin səfirləri iştirak ediblər.

"Bu festival Avropa İttifaqı və Azərbaycan arasında mövcud möhkəm mədəni əlaqələri, həmçinin Aİ ölkələrinin mədəni müxtəlifliyini göstərmək məqsədilə keçirilir. İnanırıq ki, təhsil və mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirməklə, insanlar arasında əlaqələri möhkəmləndirmək olar. Körpülər insanları ayırmağa deyil, birləşdirməyə xidmət edir. Sərgi həmçinin dünyada pandemiya ilə bağlı vəziyyət sabitləşdikdən, turizm üçün imkanlar açıldıqdan sonra səfər edilə biləcək yerləri seçməkdə kömək edə bilər”, - P.Mixalko açılış mərasimində bildirib.

Sərgidə Avropa ölkələrində yerləşən körpülərin, həmçinin Azərbaycanın mədəni irsini simvolizə edən Xudafərin körpüsünün fotosu nümayiş olunub.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.