Milli Teatr Günündə Füzuli Dövlət Dram Teatrında Səbinə Haqverdiyevanın "Nar şirəsi" pyesi əsasında bir pərdəli psixoloji dram janrında hazırlanmış eyni adlı tamaşanın premyerası olub.
Teatrdan “Realpress.az”a verilən məlumata görə, premyerada əsəri rus dilindən tərcümə edən xalq artisti Vidadi Həsənov, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyli, eləcə də rayon ictimaiyyəti və məktəblilər iştirak edib.
Tamaşadan əvvəl teatr sexləri (musiqi, geyim, dekorasiya) ilə tanış olunub, tamaşa üçün hazırlanan eskiz, paltar, butaforlara baxış keçirilib. Teatrın unudulmaz sənətkarlarına, tamaşalarına həsr olunan foto-tendə baxılıb.
Tamaşanın quruluşu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada rolları Sehran Xanlarov, Sevinc Məmmədova, İntizar Quliyeva, Emin Abışov, Nicat Süleymanzadə, Orxan Təvəkküllü və başqaları ifa edib.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.