Bursa meri TÜRKSOY ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb

Bursa meri TÜRKSOY ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb
30 Mar 2022 17:26

Türkiyənin Bursa şəhərinin meri Alinur Aktaş Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov və TÜRKSOY-un Daimi Şurasının növbədənkənar iclasında iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

“Realpress.az”ın Bursaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov da iştirak edib.

Görüş zamanı Alinur Aktaş Bursanın həm sənaye, həm də tarix baxımından Türkiyə üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

TÜRKSOY-un Baş katibi bu gün Bursada 2022-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı Əlaqələndirmə Mərkəzinin açılış mərasiminin keçirildiyini xatırladaraq, bu tədbirin təşkil edilməsinə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib.

“Ümid edirik ki, gələn il belə bir tədbiri Şuşa şəhərində keçirə biləcəyik”, - o əlavə edib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib və hədiyyələr təqdim olunub.

Xatırladaq ki, TÜRKSOY Daimi Şurasının növbədənkənar iclası martın 31-də keçiriləcək.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.