Gürcüstanlı müğənni Azərbaycan mahnılarından ibarət albom hazırlayır

Gürcüstanlı müğənni Azərbaycan mahnılarından ibarət albom hazırlayır
15 Apr 2022 16:31

Gürcüstanlı müğənni Veriko Turaşvili Azərbaycan mahnılarından ibarət albom üzərində işləyir.

Müğənni “Realpress.az”a deyib ki, albom üçün “Laçın”, “Sarı gəlin” mahnılarını Azərbaycan və gürcü dillərində yazdırıb, Şuşada və Laçında onlar üçün klip də çəkdirib.

“Azərbaycana gəldiyimə çox sevinirəm. Azərbaycan xalqını, onun mədəniyyətini, musiqi sənətini sevirəm. Azərbaycanla məni musiqi telləri bağlayır” – deyə o qeyd edib.

Erməni işğalından azad olunmuş Cəbrayıla səfəri barədə danışan müğənni həmin bölgədəki dağıntılardan dəhşətə gəldiyini bildirib: “Bunları görmək çox ağırdır. Ümid edirəm ki, bir daha belə hallar baş verməz, sülh və əmin-amanlıq olar”.


15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.

14 İyun 2022
Mədəniyyət

Qətərlə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

İyunun 13-də mədəniyyət naziri Anar Kərimov Qətər Dövlətinin Azərbaycandakı səfiri Faisal bin Abdullah Al-Hanzab və ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılov ilə görüşüb.