Moskvada beynəlxalq musiqi festivalı keçiriləcək

Moskvada beynəlxalq musiqi festivalı keçiriləcək
22 Apr 2022 14:46

Aprelin 25-26-da Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda “Konsonans” adlı beynəlxalq musiqi festivalı keçiriləcək.

“Realpress.az”ın Rusiya bürosu xəbər verir ki, bu ilin əvvəlindən başlayaraq, Qara Qarayev adına uşaq musiqi məktəbi layihədə iştirak üçün ərizə qəbulu elan edib. Bu müddət ərzində dünyanın müxtəlif ölkələrindən olan 100-dən çox namizəd ərizə təqdim edib. Onlardan ən yaxşıları iki həftə ərzində çıxış etmək imkanı qazanacaqlar.

Tədbirdə beynəlxalq müsabiqələrin Rusiya, Türkiyə, Azərbaycan və Almaniyadan olan laureatları, musiqi və incəsənət məktəblərinin, həmçinin xüsusi musiqi tədris müəssisələrinin şagirdləri çıxış edəcəklər.

Tədbirin qonaqları XX-XXI əsrin bəstəkarlarının əsərlərini dinləyəcəklər. Festivalda Albenis, Debüssi, Fore, Martinu, Villa-Lobos, Skryabin, Raxmaninov, Prokofyev, Şostakoviç, Qara Qarayev, Şedrin, Slonimski və digər bəstəkarların əsərləri ifa olunacaq.


15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.

14 İyun 2022
Mədəniyyət

Qətərlə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

İyunun 13-də mədəniyyət naziri Anar Kərimov Qətər Dövlətinin Azərbaycandakı səfiri Faisal bin Abdullah Al-Hanzab və ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılov ilə görüşüb.