İlham Əliyev BƏƏ-nin yeni prezidentini təbrik etdi

İlham Əliyev BƏƏ-nin yeni prezidentini təbrik etdi
17 May 2022 10:55


Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb. 

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu, ölkənizdə Sizə olan böyük etimadın təzahürü, Birləşmiş Ərəb Əmirliklərinin inkişafı və çiçəklənməsi yolunda xidmətlərinizə verilən yüksək qiymətdir.

Biz Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu il ikitərəfli əlaqələrimizin tarixində əlamətdar ildönümü – ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. Məmnunluqla vurğulamaq istəyirəm ki, bu dövr ərzində siyasi əlaqələrimizin yüksək səviyyəsi qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin genişlənməsində mühüm rol oynamış, iqtisadi, enerji, investisiya və digər sahələrdə uğurlu əməkdaşlığımızı şərtləndirmişdir.

İnanıram ki, İslam həmrəyliyi kimi möhkəm təməl üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dostluq əlaqələrimizin daha da inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.

25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.