Qazaxıstan yığmasının hücumçusu Azərbaycan millisi ilə oyunu buraxacaq

Qazaxıstan yığmasının hücumçusu Azərbaycan millisi ilə oyunu buraxacaq
17 May 2022 15:11

Qazaxıstan seçməsi iyunda Azərbaycan və Slovakiya yığmalarına qarşı UEFA Millətlər Liqasının qrup oyunlarından əvvəl daha bir itki ilə üzləşib.

“Realpress.az”ın yerli mətbuata istinadən məlumatına görə, "Akjayık" klubunda çıxış edən hücumçu Oralxan Omirtayev zədələnib.

24 yaşlı hücumçu "Taraz"a 0:2 hesabı ilə uduzduqları Qazaxıstan çempionatının XI tur matçında sıradan çıxıb. Forvardın yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmasa da, onun zədəsinin ciddi olduğu və yığmanın iyundakı görüşlərini buraxacağı bildirilib.

Qeyd edək ki, daha əvvəl komandanın 10-dan çox üzvünün UEFA Millətlər Liqasındakı ilk iki tur matçlarını buraxacağı bəlli olub. Qazaxıstan millisi iyunun 3-də Azərbaycanı qəbul edəcək, bundan 3 gün sonra isə Slovakiyanın qonağı olacaq. Azərbaycan yığması iyunun 6-da Serbiyada Belarusla, 3 gün sonra Bakıda Slovakiya ilə üz-üzə gələcək.


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.