Rusiyalı gimnast "Z" yazısına görə idmandan uzaqlaşdırılıb

Rusiyalı gimnast "Z" yazısına görə idmandan uzaqlaşdırılıb
18 May 2022 09:24

Rusiyalı gimnast İvan Kulyak bir il müddətinə bütün yarışlardan uzaqlaşdırılıb.

“Realpress.az”ın məlumatına görə, bu barədə Gimnastika Etika Fondunun İntizam Komissiyası qərar çıxarıb.

Səbəb Qətərin paytaxtı Dohadakı Dünya Kubokunun mərhələ yarışında baş vermiş insidentdir.

Kulyak paralel qollarla çıxışın yekununda mükafatlandırma mərasiminə sinəsində "Z" hərfi yazılmış geyimlə çıxıb. Onun bürünc medal qazandığı yarışda "qızıl"ı ukraynalı İlya Kovtun əldə edib, "gümüş"ə isə Qazaxıstandan olan Milad Kərimi yiyələnib.

Kulyakın nəticəsi ləğv edilib və o, bir il ərzində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən yarışlara və FIG-in üzvü olan federasiyaların təşkil etdiyi turnirlərə qatıla bilməyəcək. İdmançı 21 gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir.

FIG rusiyalı idmançının davranışını şokedici adlandırıb. Rusiya Müdafiə Nazirliyinin verdiyi izahata əsasən, texnika üzərindəki "Z" yazısı "Za pobedu" ("Qələbə uğrunda") mənasını verir.

Xatırladaq ki, Dohada Rusiya və Belarus idmançıları neytral statusda çıxış ediblər. Onlar martın 7-dən FIG bayrağı altında bütün beynəlxalq yarışlardan rəsmən kənarlaşdırılıblar. Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədardır.


28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.