MDB sərhəd qurumlarının nümayəndələri Türkistanda toplaşıblar

MDB sərhəd qurumlarının nümayəndələri Türkistanda toplaşıblar
18 May 2022 16:53


Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin təhlükəsizlik qüvvələri rəhbərləri Türkistanda Birliyin xarici sərhədlərinin mühafizəsi məsələsinə dair iclas keçiriblər. Bu barədə Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin (DTK) mətbuat xidməti xəbər verir.

“Mayın 18-də Türkistanda Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) 84-cü iclası keçirilib. Bu il Şuranın yaradılmasının 30 ili tamam olur. Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın sərhəd qurumlarının nümayəndə heyətləri iştirak ediblər”, – deyə çərşənbə günü yayılan məlumatda bildirilir.

İclasa MDB-nin qarşılıqlı fəaliyyət göstərən orqanlarının - icraiyyə komitəsinin, antiterror mərkəzinin, MDB iştirakçısı olan dövlətlərin ərazisində Mütəşəkkil Cinayətkarlığa və digər təhlükəli cinayət növlərinə qarşı Mübarizə üzrə Koordinasiya Bürosunun, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) regional antiterror strukturunun İcraiyyə Komitəsinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nümayəndələri dəvət olunublar.

“Nümayəndələr tərəfindən MDB-yə üzv dövlətlərin xarici sərhədlərinin mühafizəsinin təşkili ilə bağlı aktual məsələlər müzakirə olunub. Sərhəd təhlükəsizliyinin təmin edilməsi sisteminin formalaşdırılması və həyata keçirilən birgə xüsusi sərhəd əməliyyatları üzrə SQKŞ-nin fəaliyyətinin nəticələrinə yekun vurulub. SQKŞ-nin qarşıdan gələn il üçün vəzifələri və informasiya mübadiləsinin təkmilləşdirilməsi, elmi-tədqiqat və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi mexanizmləri nəzərdən keçirilib”.

İclas çərçivəsində ayrıca formatda Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevlə dəvət olunmuş beynəlxalq təşkilatların rəhbərləri arasında da görüş keçirilib.

“İclasın yekunu olaraq sərhəd idarələrinin rəhbərləri tərəfindən 11 qərar imzalanıb”, – deyə komitədən əlavə məlumat verilib.

SQKŞ-nin növbəti iclasının 2022-ci ilin ikinci yarısında Tacikistanda keçirilməsi planlaşdırılır.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.