Əli Əsədov Bakıdakı beynəlxalq sərgidə - FOTOREPORTAJ

Əli Əsədov Bakıdakı beynəlxalq sərgidə - FOTOREPORTAJ
18 May 2022 17:07


Bu gün Bakı Ekspo Mərkəzində 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgiləri işə başlayıb.

realpress.az-ın məlumata görə, Baş nazir Əli Əsədov, kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi, İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri, Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini George Xanişvili və digər ölkələrin rəsmi şəxsləri “Caspian Agro 2022” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub.

Baş nazirə məlumat verilib ki, “Caspian Agro” Azərbaycanda kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgidir. Rekord sayda milli və regional stendlərin nümayiş olunduğu builki sərgilərdə 101 yerli, 348 xarici şirkət olmaqla ümumilikdə 24 ölkədən 449 şirkət iştirak edir. Sərgi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi, qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün bazarda praktiki vasitə kimi özünü doğruldub. Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribütorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirib.

Bu il “Caspian Agro” sərgisi ağıllı kənd, süni intellekt, İT xidmətləri, pilotsuz uçuş aparatları (dronlar) kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir. Sərgi çərçivəsində “Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği” mövzusunda konfrans keçirilib. Sərgidə “Smart Agro” çərçivəsində artıq icrasına başlanan və eləcə də işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunub.

Qeyd edək ki, hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər. Bu il 40-a yaxın rayondan fermerlər üçün turlar təşkil olunub.

Sərgilər mayın 20-də başa çatacaq.

“Global Photo Stock”un əməkdaşının sərgidən çəkdiyi fotoları təqdim edirik:



25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.