KİV: "Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər"

KİV: "Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər"
18 May 2022 17:14

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər.

“Realpress.az” xəbər verir ki, bunu yerli “Hraparak” qəzeti yazıb.

Məlumata görə, hakimiyyət ölkə daxili siyasi böhranın həlli yolu olaraq bu variantı müzakirə etməyə başlayıb.

“Ermənistan Baş naziri Nikol Paşinyan hesab edir ki, vəziyyət idarəolunmaz həddə çatarsa, növbədənkənar seçkiləri elan etməyə dəyər. Bu, hakimiyyət üçün “B” planıdır”, - nəşr yazıb.

Qeyd edək ki, Ermənistan müxalifəti iki həftədən çoxdur N.Paşinyanın istefası tələbi ilə davamlı aksiyalar keçirir.


18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.