"Bursaspor" 2 futbolçu ilə vidalaşıb, Ələskərovla danışıqlar davam edir

"Bursaspor" 2 futbolçu ilə vidalaşıb, Ələskərovla danışıqlar davam edir
19 May 2022 09:19

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"u iki legioneri ilə vidalaşıb.

“Realpress.az” yerli mətbuata istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi Luka Tsapan və almaniyalı hücumçu Rici Ofosu klubla müqavilələrini birtərəfli şəkildə ləğv ediblər. Türkiyə Futbol Federasiyasının rəsmi saytında da bununla bağlı məlumat yerləşdirilib.

Bursa təmsilçisinin rəhbərliyi Ələskərovla yanaşı, digər əcnəbi futbolçularla isə danışıqları davam etdirir. Tezlikla həmin oyunçuların da sözləşməsinə xitam veriləcək.

Qeyd edək ki, Namik Ələskərovun "Bursaspor"la 2023-cü ilin yayınadək müqaviləsi var. Lakin klub II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, 27 yaşlı yarımmüdafiəçi ilə də yollar ayrılacaq.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.