Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşüb - FOTO

Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşüb - FOTO
19 May 2022 09:31


18 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov Sultan Raevi TÜRKSOY-un Baş katibi seçilməsi münasibətilə təbrik edib. O, Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı ilə əməkdaşlığa verdiyi yüksək önəmi vurğulayıb. Nazir, Şuşada keçiriləcək konfransda iştirakı çərçivəsində Baş katibin azad edilmiş ərazilərdəki vəziyyət, o cümlədən burada aparılan geniş miqyaslı quruculuq işləri ilə yaxından tanış olmaq imkanının olacağını bildirib.

Baş katib Sultan Raev namizədliyinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib. Təşkilatın rəhbəri qismində fəaliyyətin yüksək məsuliyyət tələb etdiyini söyləyən Baş katib, Türk dünyasının mədəniyyətinə xidmət edəcəyini vurğulayıb. TÜRKSOY Daimi Şurasının Bursa şəhərində keçirilən iclasında Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edildiyini xatırladan Sultan Raev, bu xüsusda qarşıdan gələn il ərzində zəngin proqramların təşkil ediləcəyini söyləyib.

Görüşdə tərəflər, həmçinin gələn il TÜRKSOY-un 30 illiyinin qeyd edilməsi, Azərbaycanın təşkilatla fəal əməkdaşlığı, türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində işlərin görülməsi və digər qarşılıqlı maraq doğuran mövzular üzrə fikir mübadiləsi aparıblar.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.