Türkiyədə “Azərbaycanı daha yaxından tanıyaq!” layihəsinə start verildi - FOTO

Türkiyədə “Azərbaycanı daha yaxından tanıyaq!” layihəsinə start verildi - FOTO
19 May 2022 09:43


Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən Azərbaycanın Müstəqillik günü və Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyi münasibətilə “Azərbaycanı daha yaxından tanıyaq!” adlı yeni bir layihə başladılıb.

Bu barədə realpress.az-a Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Layihəyə əsasən Türkiyədə fəaliyyət göstərən universitet və məktəblərdə Azərbaycan otaqlarının yaradılması nəzərdə tutulur.

Samsun vilayətinin Bafra rayonunun Kolay kənd orta məktəbinin (Samsun Bafra Kolay Orta okulu) direktoru Faruk Akkurtun Azərbaycanın Türkiyədəki Səfirliyinə müraciət edərək məktəbin kollektivinin və şagirdlərin ölkəmizi yaxından tanımaq arzusunu ifadə etməsi ilə əlaqədar olaraq, ilk Azərbaycan otağı məhz Kolay kənd orta məktəbində yaradılmışdır. Açılış mərasimində Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi Elxan Zeynalov iştirak etmiş, qeyd edilən layihə barədə ətraflı məlumat vermişdir.

Azərbaycan otağında qurulmuş məlumat stendlərində Azərbaycan Xalq Cümhuriyyətindən başlayaraq ölkəmizdə dövlət quruculuğu, Ümummilli lider Heydər Əliyevin həyat yolu, mənalı fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu, Birinci vitse-prezident Mehriban Əliyevanın bir çox istiqamətlərdə həyata keçirdiyi əhəmiyyətli fəaliyyət, milli mədəniyyətimizə verdiyi töhfə, ölkəmizin qədim mədəniyyəti, tarixi şəxsiyyətlər və digər mövzularda geniş məlumat verilir.

Səfirliyin layihə çərçivəsində fəaliyyətinin davam etməsi nəzərdə tutulur.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.