Əfqanıstanda yüzlərlə insan naməlum infeksiyaya yoluxub

Əfqanıstanda yüzlərlə insan naməlum infeksiyaya yoluxub
19 May 2022 09:47

Əfqanıstanın cənubundakı Zabul əyalətində azı 200 nəfər naməlum infeksiyaya yoluxub.

“Realpress.az” xəbər verir ki, bu barədə Əfqanıstanın “Haşt-e Sübh” qəzeti “Taliban” radikal hərəkatının əyalətin səhiyyə idarəsinə rəhbər təyin etdiyi Abdul Hakimiyə istinadən məlumat yayıb.

Rəsminin sözlərinə görə, onlarla insan müalicə olunmaq üçün artıq əyalətin inzibati mərkəzi olan Kalat şəhərinin tibb müəssisələrinə köçürülüb. Qeyd edilir ki, bəzi xəstələrin vəziyyəti ağırdır.

A.Hakimi əlavə edib ki, xəstələrə dəqiq diaqnoz hələ qoyulmayıb, lakin əlamətlər vəba xəstəliyinə bənzəyir.

Qəzetin yazdığına görə, yerli həkimlər kütləvi xəstəliyin əsas səbəbinin gigiyena qaydalarına riayət edilməməsi olduğunu düşünürlər.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.