ABŞ Senatı MTŞ-in Azərbaycan üzrə sabiq koordinatorunu Ukraynada səfir vəzifəsinə təsdiqləyib

ABŞ Senatı MTŞ-in Azərbaycan üzrə sabiq koordinatorunu Ukraynada səfir vəzifəsinə təsdiqləyib
19 May 2022 10:01

ABŞ Senatı Dövlət Departamentinin Cənubi Avropa İşləri Departamentinin sabiq direktor müavini, Barak Obamanın prezidentliyi dövründə Milli Təhlükəsizlik Şurasının (MTŞ) Egey dənizi və Cənubi Qafqaz ölkələri ilə (Türkiyə, Yunanıstan, Kipr, Gürcüstan, Azərbaycan, Ermənistan) münasibətlərinin inkişafı üzrə koordinatoru Brijet Brinkinin Ukraynadakı səfir postuna namizədliyini təsdiqləyib.

“Realpress.az” xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Qeyd edək ki, ABŞ-ın üç ildir Ukraynada səfiri yox idi. Brinklə bağlı qərar yekdilliklə qəbul edilib.

Aprelin 27-də ABŞ Prezidenti Cozef Bayden Brinkin ABŞ-ın Ukraynadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləmək üçün Senata müraciət edib. Müraciət bir gün əvvəl Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiqlənib.

Brink son 25 il ərzində ilk dəfə 1996-cı ildə işə başladığı ABŞ Dövlət Departamentində peşəkar diplomat kimi karyera qurub.

O, Amerikanın Avropa, Qafqaz və Mərkəzi Asiyadakı diplomatik nümayəndəliklərində işləməli olub.

Brink xaricdə ilk təyinatını 1997-1999-cu illərdə, Balkanlarda müharibənin qızğın vaxtında ABŞ-ın Belqraddakı səfirliyində alıb. Serbiyadan sonra Amerikanın Kiprdəki səfirliyinin əməkdaşı kimi təyin olub və 2002-ci ilə qədər orada çalışıb.

Bundan sonra bir neçə il dövlət katibinin siyasi məsələlər üzrə müavininin xüsusi köməkçisi vəzifəsində çalışıb. O, Vaşinqtonun Cənubi Avropa dövlətləri ilə xarici siyasət əlaqələri məsələləri ilə məşğul olub.

Diplomat habelə 2005-2008-ci illərdə ABŞ-ın Tbilisidəki səfirliyinin Siyasi və İqtisadi Şöbəsinə rəhbərlik edib.

O, bundan sonra Vaşinqtona qayıdıb və Dövlət Departamenti direktorunun Cənubi Avropa məsələləri üzrə müavini vəzifəsində çalışıb. Barak Obamanın prezidentliyi dövründə Milli Təhlükəsizlik Şurasının Egey dənizi və Cənubi Qafqaz ölkələri ilə (Türkiyə, Yunanıstan, Kipr, Gürcüstan, Azərbaycan, Ermənistan) münasibətlərinin inkişafı üzrə koordinatoru olub.


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.