Anar Kərimov TÜRKSOY-un Baş katibi ilə görüşüb

Anar Kərimov TÜRKSOY-un Baş katibi ilə görüşüb
23 May 2022 11:25

Mədəniyyət naziri Anar Kərimov mayın 21-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un Baş katibi Sultan Rayevlə görüşüb.

Mədəniyyət Nazirliyindən “Realpress.az”a verilən məlumata görə, görüş zamanı nazir mayın 19-20-də Şuşa şəhərində keçirilən “Postmünaqişə humanitar gündəliyinin inkişaf etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransda aktiv iştirakına görə S.Rayevə təşəkkürünü bildirib.

A.Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) türk xalqları arasındakı mədəni və dostluq münasibətlərinin möhkəmlənməsində rolunu vurğulayıb, eləcə də türk dünyasının mənəvi və mədəni tərəqqisi üçün əlindən gələni edəcəyinə əminliyini qeyd edib.

Nazir, həmçinin, Azərbaycanın təşəbbüskarı olduğu bir sıra bu qəbildən olan beynəlxalq layihələrin, tədbirlərin 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

S.Rayev də, öz növbəsində, nazirə təşəkkür edərək, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində mədəni tədbirlərin təşkilini təqdirəlayiq olduğunu və Mədəniyyət Nazirliyinin reallaşdırdığı hər bir layihədə yaxından iştirak etməyə və dəstək verməyə hazır olduqlarını qeyd edib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.