Şavkat Mirziyoyev: “Özbəkistanda Azərbaycan muğamını nəinki məmnuniyyətlə dinləyir, həm də ifa edirlər”

Şavkat Mirziyoyev: “Özbəkistanda Azərbaycan muğamını nəinki məmnuniyyətlə dinləyir, həm də ifa edirlər”
22 İyun 2022 10:05


“Özbəkistanda Azərbaycan muğamını, Azərbaycanda isə bizim məqamları nəinki məmnuniyyətlə dinləyir, həm də ifa edirlər. Azərbaycan və özbək estradası hər iki ölkədə çox populyardır”.

Bunları Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.

“Danışıqlarda regionlararası əlaqələrin fəallaşdırılmasına xüsusi diqqət yetirilib. Bu gün bizim şəhərlər və regionlar arasında birbaşa əlaqələr üçün geniş imkanlar yaradan saziş imzalanıb. Regionların birinci forumunu keçirməyi, ilk növbədə, ticarət, innovasiyalar, mədəniyyət, turizm sahələrində sıx əlaqələr yaratmağı planlaşdırırıq. Mədəni-humanitar sahədə də bizi qədimdən bağlayan ümumi cəhətlər çoxdur.

Biz azərbaycanlı dostlarımıza təşəkkür edirik ki, bu yaxınlarda Bakıda Əlişir Nəvainin məşhur ədəbiyyatşünas Ramiz Əsgər tərəfindən tərcümə edilmiş onlarca kitabı nəşr edilib. Özbəkistanda da Azərbaycan klassiklərinin və müasir yazıçılarının əsərləri müntəzəm olaraq nəşr edilir. Bu günlərdə Daşkənddə Azərbaycanın Xalq yazıçısı Anarın yeni kitabının təqdimatı keçirilib. Hörmətli İlham Heydər oğlu ilə danışıqlar zamanı biz qarşılıqlı mədəniyyət və kino günlərinin keçirilməsi, humanitar və turizm mübadiləsi proqramının fəal inkişafı barədə razılığa gəldik”, - Şavkat Mirziyoyev vurğulayıb.

19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.