Bayden benzin istehsalçılarını qiymətləri aşağı salmağa çağırıb

Bayden benzin istehsalçılarını qiymətləri aşağı salmağa çağırıb
23 İyun 2022 11:19

ABŞ Prezidenti Cozef Bayden istehsalçıları və tədarükçüləri benzinin qiymətini aşağı salmağa çağırıb.

“Realpress.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Yanacaq şirkətlərinə çox sadə bir mesaj göndərirəm: qiymətləri endirin, bunu indi, bu gün edin. Sizin istehlakçılar, Amerika vətəndaşları özlərini daha yaxşı hiss etməlidirlər", - Bayden bildirib.

"Financial Times" yazır ki, ABŞ-da benzin qiymətləri rekord səviyyəyə yaxındır ki, bu da inflyasiyanı yüksək səviyyədə saxlayır və Bayden üçün siyasi məsələyə çevrilib.

Baydenin ABŞ neft şirkətlərinə qarşı ritorikası son həftələrdə olduqca sərt olub. Keçən həftə o, Ukraynadakı vəziyyətlə əlaqədar benzini bahalaşdıran neft şirkətləri üçün bu qədər yüksək gəlirləri qəbuledilməz olduğunu söyləyib.


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.