Beş yaşlı Əfrasiyabın anası: “Oğlumu ölməyə qoymayın” - FOTO

Beş yaşlı Əfrasiyabın anası: “Oğlumu ölməyə qoymayın” - FOTO
23 İyun 2022 12:13


Beş yaşlı Məcidli Əfrasiyab leykozdan (qan xərçəngi) əziyyət çəkir. 

Bu barədə onun anası Məcidova Tünzalə məlumat verib.

O bildirib ki, oğlu iki ildir bu xəstəliklə mübarizə aparır.

“Hazırda vəziyyəti ağırdır. Oğlumda həm də hepatit C var. Almaniyada qohumlarımız həkim də tapıb. Müalicə üçün bizə 50 min manat pul lazımdır. Mərhəmətli şəxslərdən bizə kömək etmələrini xahiş edirəm. Oğlumun sizlərin dəstəyinə ehtiyacı var. O hələ çox kiçikdir və 3 yaşından bəri bu amansız xəstəliklə mübarizə aparır. İmkanlı şəxsləri bizim mübarizəmizə qoşulmağa çağırıram. Əfrasiyabın hələ görəcəyi günlər qabaqdadır. O da bütün uşaqlar kimi gəzmək, oynamaq istəyir. Günlərimiz isə xəstəxanada keçir. Heç bir valideynə bu hissləri yaşamağı arzu etmirəm. Onu ölməyə qoymayın”.

Əlaqə nömrəsi: 055 758 94 88

20 Apr 2024
Siyasət

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlərin dövlətin diqqət mərkəzində olduğundan xəbər verir və eyni zamanda da bu işlərin yüksək səmərəlilik və keyfiyyət göstəricilərinə uyğun həyata keçirilməsi üçün ən güclü stimul rolunu oynayır. Dövlət başçısının hər belə səfəri regional və ölkə əhəmiyyətli obyektlərin açılış və ya təməlqoyma mərasimləri ilə müşayiət olunur. O cümlədən aprelin 16-da Hacıqabul rayonuna səfəri çərçivəsində cənab Prezidenti İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub”.

19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib.