Türkiyənin Diyarbəkir şəhərində 2 hərbçi şəhid olub.
“Realpress.az” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Jandarm Komando Alay Komandanlığının 2 hərbçisi - Oğuzhan Arduç və Turgut İçen "Eren Abluka-18” əməliyyatı zamanı terrorçularla silahlı qarşıdurmada şəhid olublar. Daha bir hərbçi Mustafa Can Akdoğan isə yaralanıb.
Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə əlavə qüvvə cəlb olunub.
Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib.
İsrail Knesseti (parlament) buraxılıb.
Ukraynanın Rusiya qüvvələrinin işğalı altındakı Zaporojye vilayətinin Berdyansk şəhərindən taxılla yüklü ilk ticarət gəmisi yola düşüb.