Türkiyə Azərbaycana kərə yağı ixracını 34 dəfə artırıb

Türkiyə Azərbaycana kərə yağı ixracını 34 dəfə artırıb
25 İyun 2022 13:09


Bu ilin ilk dörd ayında Azərbaycan xaricdən 37,165 milyon ABŞ dolları dəyərində 6 min 848 ton kərə yağı alıb.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 44,5%, kəmiyyət olaraq – 30% çoxdur.

Yeni Zelandiyadan 16,542 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 39,2% artıb) 2 min 743 ton (+5,7%);

İrandan 9,569 milyon ABŞ dolları dəyərində (+38,3 dəfə) 2 min 259 ton (+36,1 dəfə);

Ukraynadan 2,896 milyon ABŞ dolları dəyərində (-48,2%) 473 ton (-57,2%);

Finlandiyadan 2,073 milyon ABŞ dolları dəyərində (+38,7%) 375,69 ton (+44,2%);

Belarusdan 1,976 milyon ABŞ dolları dəyərində (-39%) 307,23 ton (-51%);

Türkiyədən 1,397 milyon ABŞ dolları dəyərində (+23,7 dəfə) 268,44 ton (+33,5 dəfə) məhsul gətirilib.

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 621,61 min ABŞ dolları dəyərində 119 ton kərə yağı ixrac edib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 621 dəfə və 626 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan bu məhsulu ancaq Rusiyaya satıb. Bir il əvvəl həmin ölkəyə tədarük həyata keçirilməyib.

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.